“Baku Juniors IK” “Məlhəm Beynəlxalq Hospital” ilə əməkdaşlığa başlayıb

“Məlhəm Beynəlxalq Hospital” “Baku Juniors IK” klubunun rəsmi tibbi tərəfdaşı olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. 

Əməkdaşlıq çərçivəsində qadın futbolçular tibbi müayinə, həkim nəzarəti, fizioterapevt və psixoloq xidmətləri ilə təmin olunacaqlar.

“Məlhəm Beynəlxalq Hospital”ın icraçı direktoru Sevda Əlizadə bildirib ki, hər sahədə olduğu kimi idmanda da qadınların varlığı və uğurları əvəzsizdir: “İdman insanları birləşdirir. Biz də öz növbəmizdə mümkün dəstəyi veririk. Bir marka olaraq cəmiyyətə faydalı olduğuna və hər gün daha da artan marağa səbəb olan qadın futboluna önəm verir və investisiya edirik”.

Klubun meneceri Ağasəf Osmanlı deyib ki, yerli biznesin gördükləri işə dəstəyi sevindiricidir: “Önəmli bir istiqamətdə əməkdaşlığa başladıq. Qadın idmançılar və sağlamlığı vacibdir. İsti münasibət və dəstək üçün Məlhəm Beynəlxalq Hospitala təşəkkür edirik. Əməkdaşlığımızın daha da böyüyəcəyinə inanıram”.

Related Articles